Erməni silahlı bölmələri atəşkəsi 21 dəfə pozub
Hərbi
- 15 dekabr, 2018
- 05:39
Bakı. 15 dekabr. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Sarıcalı, Yusifcanlı, Füzuli rayonunun Qərvənd, Aşağı Seyidəhmədli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Son xəbərlər
20:06
İsveç və Norveç nüvə çəkindirmə məsələsində Fransa ilə əməkdaşlıq etməyə hazırdır
Digər ölkələr19:54
Premyer Liqa: "Qəbələ"yə qalib gələn "Neftçi" turnir cədvəlində irəliləyib
Futbol19:51
Əraqçi: İran lazım olduğu qədər özünü müdafiə etməyə hazırdır
Region19:41
ABŞ Hörmüz boğazından keçən gəmilərin mühafizəsində digər ölkələrin də iştirak etməsini istəyir
Digər ölkələr19:35
İsrail İrana hücumu azı üç həftə davam etdirməyi planlaşdırır
Digər ölkələr19:27
Kanada və Şimali Avropa müdafiə istehsalını artırmaq barədə razılığa gəlib
Digər ölkələr19:23
Qazaxıstanda keçirilən referendumda səsvermə başa çatıb
Region19:08
Azərbaycan Basketbol Liqasında XIX tura yekun vurulub
Komanda18:44