Yuxarı

Dövlət Sərhəd Xidmətinin rəisi gənc zabitlərə tapşırıqlar verib

Elçin Quliyev gənc zabitlərə tövsiyə və tapşırıqlarını verib

Dövlət Sərhəd Xid­məti (DSX) Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimi keçi­rilib. 

DSX-dən "Report"a verilən məlumata görə, ənə­nəvi ola­raq Dövlət Bayrağı Mey­da­nında təşkil olunan mərasimdə Dövlət Sərhəd Xidmə­tinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissə­lərinin hər­bi qul­luq­çuları, gənc za­bitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən DSX-nin rəisi, ge­neral-pol­­­kovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğur­­lar ar­zu­layıb, tövsiyə və tapşırıqlarını verib, Azərbaycanın hər bir sər­həd­çisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Prezident İlham Əli­­yevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin eti­barlı mü­ha­fizəsi na­mi­nə əzm­lə xidmət edəcəklərinə, Azərbaycan sər­həd­çi­si adı­nı daima uca tuta­caq­larına inamını ifadə edib.

Azərbaycan Sərhəd Müha­fizəsinə göstərilən qayğı sayəsində əldə olun­muş xidməti nailiyyətlər haqqında məlumat verilmiş, dövlət bay­ra­ğı­mı­zın qı­sa müddətdə iş­ğal­dan azad olunacaq şəhər və kənd­ləri­mizdə dal­ğa­­lanacağı, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmaları bildirilib.

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunmuş, gənc za­bit­lər “Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda za­bit­lər və kursantlar təntənəli marşla tribu­nanın önündən keçiblər.

Tədbirdən sonra E.Quliyev kursant valideynləri və ailə üzvləri ilə görüşüb, gənc sərhədçi zabitləri vətənpərvər ruhda tərbiyə etdiklərinə görə onlara minnətdarlığını bildirib.

Mərasimdən sonra gənc zabitlər ulu öndər Heydər Əli­yevin məza­rını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi