Yuxarı

​Əbu-Dabidə IDEX 2015 12-ci hərbi-müdafiə texnikası sərgisi start götürüb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi sərgidə təqribən 160 adda məhsul ilə təmsil olunur

Əbu-Dabi. 22 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə sayca IDEX 2015 12-ci hərbi-müdafiə texnikası sərgisi öz işinə başlayıb.

“Report” xəbər verir ki, sərginin açılışında Əbu-Dabinin əmiri, BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nəxyan, həmçinin BƏƏ-nin digər yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Qeyd edək ki, sərgidə tapançalar, tüfənglər, əsgəri təchizatlar da daxil olmaqla 160 adda məhsul ilə təmsil olunan Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də iştirak edir.

Sərgidə Azərbaycan tərəfindən müdafiə sənayesi naziri Yavər Camalov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, həmçinin Müdafiə Nazirliyinin ali rəhbərliyi iştirak edir.

Yaxın Şərqin ən böyük sərgisinə 30 ölkədən ümumilikdə 1500-dən çox şirkət qatılıb. IDEX ilə yanaşı NAVDEX hərbi-dəniz texnikası sərgisi də keçirilir. Bu il ilk dəfə ayrıca olaraq UMEX pilotsuz uçan apparatlar sərgisi də təşkil olunub.

Sərgi fevralın 26-da başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi