Yuxarı

“Dəniz kuboku-2018” müsabiqəsinin ilk epizodu yerinə yetirilib - VİDEO

“Dəniz kuboku-2018” müsabiqəsinin ilk epizodu yerinə yetirilib - VİDEO
© mod.gov.az

Bakı. 2 avqust. REPORT.AZ/ “Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarış çərçivəsində müəyyən olunmuş birinci mərhələnin ilk epizodunu yerinə yetiriblər.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər. Mərhələnin sonunda hakimlər briqadasının yekun qərarına əsasən, bu epizodun qalibləri müəyyən olunacaq.

Növbəti mərhələdə “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə ikinci epizodu yerinə yetirmək üçün hərbi dənizçilər bacarıqlarını nümayiş edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi