“Dəniz kuboku-2018” müsabiqəsinin ilk epizodu yerinə yetirilib - VİDEO

“Dəniz kuboku-2018” müsabiqəsinin ilk epizodu yerinə yetirilib - VİDEO Bakı. 2 avqust. REPORT.AZ/ “Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarış çərçivəsində müəyyən olunmuş birinci mərhələnin ilk epizodunu yerinə yetiriblər.
Hərbi
2 Avqust , 2018 13:24
“Dəniz kuboku-2018” müsabiqəsinin ilk epizodu yerinə yetirilib - VİDEO
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 2 avqust. REPORT.AZ/ “Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarış çərçivəsində müəyyən olunmuş birinci mərhələnin ilk epizodunu yerinə yetiriblər.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər. Mərhələnin sonunda hakimlər briqadasının yekun qərarına əsasən, bu epizodun qalibləri müəyyən olunacaq.

Növbəti mərhələdə “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə ikinci epizodu yerinə yetirmək üçün hərbi dənizçilər bacarıqlarını nümayiş edəcəklər. 

Son xəbərlər

Orphus sistemi