Bakı. 26 sentyabr. REPORt.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə sentyabrın 26-da Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində qonaqların bir sıra görüşləri və "ADEX-2016" 2-ci beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.
Səfər sentyabrın 29-dək davam edəcək.