Yuxarı

Baş Qərargah rəisinin müavini: "Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır"

Baş Qərargah rəisinin müavini: "Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır"

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq, bu gün Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır".

"Report"un xəbərinə görə, bunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasimdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov deyib.

O qeyd edib ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordu sırasındadır. Onun sözlərinə görə, ordu quruculuğu sahəsində görülən işlər döyüş qabiliyyətini yüksəldib: "Ordu və xalq arasında birlik var. Bu da orduya inamı artırır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi