Azərbaycanla Serbiya arasında hərbi əməkdaşlıq genişləndiriləcək

Azərbaycanla Serbiya arasında hərbi əməkdaşlıq genişləndiriləcək Zakir Həsənov Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç ilə görüşüb
Hərbi
27 Fevral , 2018 15:40
Azərbaycanla Serbiya arasında hərbi əməkdaşlıq genişləndiriləcək
Mod.gov.az

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanla Serbiya arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunun vurğulandığı görüşdə bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi bildirilib.

Ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu qeyd edən diplomat Serbiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Görüşdə Azərbaycanla Serbiya arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi