Yuxarı
    Bağlamaq

    Azərbaycanla Çexiya arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olunub

    Zakir Həsənov ​Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə görüşüb© Mod.gov.az

    Bakı. 11 aprel. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 11-də Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə görüşüb.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Nazir regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
    Görüşdə, həmçinin Azərbaycan ilə Çexiya arasında hərbi, hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi