Yuxarı

Azərbaycan Silahlı Qüvvələrinin Kimya Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib

Bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetirib və onların fəaliyyəti yüksək qiymətləndirilib

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Kimya Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təlim müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2016-cı ilin döyüş hazırlığı planına uyğun olaraq baş tutub.

Təlimin keçirilməsində əsas məqsəd qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbul etmək, vəziyyəti qiymətləndirmək, qarşılıqlı əlaqənin təşkili üzrə təcrübə mübadiləsini həyata keçirmək, həmçinin şəxsi heyətin bölmələr tərkibində kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı onların mənəvi-psixoloji dözümlülüyünü artırmaq olub. Şəxsi heyət ərazinin maketi, xüsusi texniki vasitə və avadanlıqlar, kimya-müşahidə postu, kütləvi qırğın silahlarından mühafizə texnikası və qurğuları ilə tanış olublar. 

Bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetirib və onların fəaliyyəti yüksək qiymətləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi