Azərbaycanın müdafiə naziri Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
Hərbi
- 20 noyabr, 2018
- 05:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 noyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia Azərbaycana gələcək.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşəcəklər. Üçtərəfli görüş noyabrın 21-də Bakıda keçiriləcək.
Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Son xəbərlər
10:06
Azər Əmiraslanov: "Mikromaliyyənin əhəmiyyəti kredit bazarındakı payından böyükdür"
Maliyyə
10:05
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Digər
10:03
Firudin Qurbanov: Təhsilsiz insanları yanlış və zərərli istiqamətə yönəltmək daha asan olur
Elm və təhsil
10:02
Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 7 %-ə yaxın azalıb
Turizm
09:54
AMFA: AMB BOKT-ların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı işlər görür
Maliyyə
09:51
Azərbaycanda mikromaliyyə sektoru 5 əsas istiqamətdə inkişaf etdiriləcək
Maliyyə
09:39
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında "Dinamo" ilə qarşılaşacaq
Futbol
09:32
"LANDAU Lions" FIBA Avropa Kubokunda bu gün Türkiyə klubu ilə üz-üzə gələcək
Komanda
09:24
Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
Energetika