Yuxarı

Azərbaycanın müdafiə naziri Səudiyyə Ərəbistanı kralı ilə görüşüb

Azərbaycanın müdafiə naziri Səudiyyə Ərəbistanı kralı ilə görüşüb
Görüş zamanı iki ölkə arasında ikitərəfli əlaqələr və əməkdaşlıq istiqamətləri, xüsusilə də hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib
© Mod.gov.az

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 5-də İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli əlaqələr və əməkdaşlıq istiqamətləri, xüsusilə də hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə həmçinin Səudiyyə Ərəbistanının dövlət naziri, Nazirlər Kabinetinin üzvü doktor İbrahim bin Əbdüləziz Al-Assaf, mədəniyyət və informasiya naziri doktor Adel bin Zaid Altoraifi və Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev də iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi