Azərbaycanda ən müasir standartlara cavab verən yeni "Vashag" snayper tüfəngi istehsal olunub - FOTO

Azərbaycanda ən müasir standartlara cavab verən yeni "Vashag" snayper tüfəngi istehsal olunub - FOTO Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanda ən müasir standartlara cavab verən Vashag snayper tüfəngi istehsal olunub.
Hərbi
25 Sentyabr , 2018 12:59
Azərbaycanda ən müasir standartlara cavab verən yeni Vashag snayper tüfəngi istehsal olunub  - FOTO
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanda ən müasir standartlara cavab verən "Vashag" snayper tüfəngi istehsal olunub. 

"Report" xəbər verir ki, 8,6x70 mm ölçülü snayperin çəkisi 6, 5 kiloqramdır.

Snayper tüfənginin vuruş məsafəsi və taktiki göstəricisi 1200 metr olsa da 1500 metrə qədər arta bilər. Fərdi şəkildə atış üçün nəzərdə tutulan silah dəqiq atış üçündür. Bununla 1500 metrlik məsafədən 30 smlik hədəfə dəqiq atəş aça bilir.

Silah ilk dəfə III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

Sərgidə eyni zamanda, daha bir yeni snayper tüfəngi nümayiş olunub. Belə ki, atış məsafəsi 1500 olub 11 kq ağırlığında yeni silah növüdür. Snayper tüfəngi xüsusi təyinatlılar üçün nəzərdə tutulub. Əvvəlki analoqlarla müqayisədə lüləsi qısaldılıb və çəkisi azaldılıb. Dəqiq atəşlə bir güllə ilə hədəfi vurmaq mümkündür. Hələlik bu snayper tüfənginə ad qoyulmayıb.

Yaxın vaxtlarda silahlar sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya daxil ediləcək. 

Son xəbərlər

Orphus sistemi