Yuxarı
    Bağlamaq

    Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

    Batumidə Zakir Həsənovla Türkiyənin müdafiə naziri Fikri İşık arasında görüş olub© Report.az

    Batumi. 23 may. REPORT.AZ/ Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin müdafiə naziri Fikri İşık arasında görüş olub.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi, iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusi qeyd olunub.

    Z.Həsənov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qardaşlıq münasibətlərinin bu gün də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir Türkiyənin də Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin inkişafına eyni münasibət göstərməsindən məmnunluğunu ifadə edib.

    Fikri İşık Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 ilinin tamam olduğunu bildirib və bu münasibətlə hər iki tərəfi təbrik edib.

    Nazir Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib.

    Görüşdə hərbi sahədə əməkdaşlığın perspektivləri, hərbi təhsildə təcrübə mübadiləsi, birgə hərbi təlimlərin keçirilməsi, regionda və dünyada gedən proseslər, separatizmə və terrorizmə qarşı birgə mübarizə və digər məsələlər müzakirə olunub.

    Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Baş konsul Rəşad İsmayılov iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi