Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub Müdafiə naziri Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb
Hərbi
14 Mart , 2017 17:41
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı. 14 mart. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 14-də Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, bölgə üçün vacib əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi