Yuxarı
    Bağlamaq

    Azərbaycan və Rumıniyanın müdafiə nazirlərinin görüşü olub

    İki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

    Bakı. 29 dekabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 29-da Əfqanıstandan Azərbaycan üzərindən tranzitlə öz ölkəsinə qayıdan Rumıniyanın milli müdafiə naziri Mihai-Viorel Fifor ilə görüşüb.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    İşçi nahar zamanı keçirilən görüşdə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi