​Azərbaycan və Gürcüstan regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib

​Azərbaycan və Gürcüstan regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib Görüşdə Gürcüstan Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Şalva Turaşvili iştirak edib
Hərbi
21 Noyabr , 2014 12:10
​Azərbaycan və Gürcüstan regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 21-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstan Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Şalva Turaşvili iştirak edib.

Son xəbərlər

Orphus sistemi