Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 21-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Gürcüstan Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Şalva Turaşvili iştirak edib.