Yuxarı

Azərbaycan ​Türkiyədən müdafiə və aerokosmik məhsulları alanlar sırasında ilk "beşlik"dədir - SİYAHI

Türkiyənin müdafiə və aerokosmik sənayesi ötən il Azərbaycana 77 milyon 195 min dollarlıq məhsul satıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Türkiyənin müdafiə və aerokosmik sənayesi ötən il Azərbaycana 77 milyon 195 min dollarlıq məhsul satıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ötən il ölkədə bu sənayenin ixracatı 2013-cü illə müqayisədə 18,7% artaraq 1 milyard 647 milyon dollar olub.

Məlumatda bildirilib ki, Türkiyənin müdafiə və aerokosmik sənayesi dünyanın 150 ölkəsi və azad ticarət bölgəsinə mal ixrac edir.

Türkiyənin müdafiə və aerokosmik sənayesi məhsul ixrac etdiyi ilk 10 dövlət və bölgənin siyahısı aşağıdakı kimidir:

1 ABŞ 547.678 milyon dollar
2 Malayziya 120.076
3 Birləşmiş Ərəb Əmirliyi 106.581
4 İspaniya 87.747
5 Azərbaycan 77.195
6 İtaliya 77.108
7 Fransa 60.095
8 Qətər 52.783
9 Almaniya 49.625
10 Türkmənistan 48.387 
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi