Bakı. 9 yanvar. REPORT.AZ/ Türkiyənin müdafiə və aerokosmik sənayesi ötən il Azərbaycana 77 milyon 195 min dollarlıq məhsul satıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ötən il ölkədə bu sənayenin ixracatı 2013-cü illə müqayisədə 18,7% artaraq 1 milyard 647 milyon dollar olub.
Məlumatda bildirilib ki, Türkiyənin müdafiə və aerokosmik sənayesi dünyanın 150 ölkəsi və azad ticarət bölgəsinə mal ixrac edir.
Türkiyənin müdafiə və aerokosmik sənayesi məhsul ixrac etdiyi ilk 10 dövlət və bölgənin siyahısı aşağıdakı kimidir:
1 | ABŞ | 547.678 milyon dollar | |
2 | Malayziya | 120.076 | |
3 | Birləşmiş Ərəb Əmirliyi | 106.581 | |
4 | İspaniya | 87.747 | |
5 | Azərbaycan | 77.195 | |
6 | İtaliya | 77.108 | |
7 | Fransa | 60.095 | |
8 | Qətər | 52.783 | |
9 | Almaniya | 49.625 | |
10 | Türkmənistan | 48.387 |