Yuxarı

Azərbaycan pilotları Türkiyədə "Anadolu Qartalı - 2016" beynəlxalq təlimində iştirak edirlər

Təlimlər iyunun 10-dək davam edəcək

Bakı. 31 may. REPORT.AZ/ Türkiyə Respublikasının Konya şəhərində "Anadolu Qartalı - 2016" beynəlxalq təlimi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak edir. 

Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunur.
Plana uyğun olaraq real müharibə şəraitinə yaxın təşkil edilən təlimdə iştirakçıların bilik və bacarıqlarının səviyyəsi yoxlanılacaq, eləcə də təcrübə mübadiləsi həyata keçiriləcəkdir.
Təlimlər iyunun 10-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi