Bakı. 11 iyun. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisi - "Eurosatory 2018" işə başlayıb.
"Report"un məlumatına görə, sərgidə Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubov və müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayədə heyəti təmsil edir.
Sərgidə ziyarətçilərə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan 270 adda məhsul təqdim edilir.
Səfər zamanı nazir Yavər Camalovun hərbi-texniki əməkdaşlıq çərçivəsində görüşləri də nəzərdə tutulur.
"Eurosatory 2018" sərgisində dünyanın 63 ölkəsindən 1700-dən çox şirkətin iştirakı gözlənilir.
Sərgi beş gün davam edəcək.