Yuxarı

Azərbaycan müdafiə naziri Meksika səfiri ilə görüşüb

Azərbaycanla Meksika arasında hərbi əməkdaşlığın perspekivləri müzakirə edilib

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Regiondakı hərbi-siyasi şərait barədə qonağa məlumat verən müdafiə naziri Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyətini diqqətə çatdırıb. Nazir Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycanla Meksika arasında əlaqələrin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın perspekivləri müzakirə edilib və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi