Azərbaycan müdafiə naziri Meksika səfiri ilə görüşüb

Azərbaycan müdafiə naziri Meksika səfiri ilə görüşüb Azərbaycanla Meksika arasında hərbi əməkdaşlığın perspekivləri müzakirə edilib
Hərbi
3 Mart , 2016 20:02
Azərbaycan müdafiə naziri Meksika səfiri ilə görüşüb

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Regiondakı hərbi-siyasi şərait barədə qonağa məlumat verən müdafiə naziri Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyətini diqqətə çatdırıb. Nazir Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycanla Meksika arasında əlaqələrin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın perspekivləri müzakirə edilib və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi