Azərbaycan müdafiə naziri Çexiyada beynəlxalq hərbi sərgidə iştirak edib

Azərbaycan müdafiə naziri Çexiyada beynəlxalq hərbi sərgidə iştirak edib Sərgidə 200-dən artıq şirkətin hərbi təyinatlı məhsulları nümayiş olunur
Hərbi
19 Oktyabr , 2016 19:20
Azərbaycan müdafiə naziri Çexiyada beynəlxalq hərbi sərgidə iştirak edib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiya Respublikasına səfəri çərçivəsində bu ölkənin müdafiə, daxili işlər, xarici işlər nazirlikləri, Silahlı Qüvvələrin Baş Qərargahı, NATO qərargahı, Avropa Müdafiə Agentliyi və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2016"da iştirak edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, 60 ölkədən 1200-dən artıq nümayəndənin iştirak etdiyi sərgidə Çexiya, ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Avstraliya, Norveç, İsrail və bir sıra digər ölkələrin hərbi sənaye kompleksinə daxil olan 200-dən artıq şirkətin hərbi təyinatlı məhsulları nümayiş etdirilir.

Sərgidə iştirak edən Azərbaycan nümayəndə heyəti həmin şirkətlərin istehsal etdiyi məhsullar ilə tanış edilərək onların təyinatları barədə ətraflı məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi