Yuxarı
    Bağlamaq

    Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

    Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb© Mod.gov.az

    Bakı. 10 mart. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 10-da Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müdafiə naziri Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsində ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və bu münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb.
    Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi sahədə əməkdaşlığın vacibliyini qeyd edən dövlət naziri T.Al-Sabha bunun üçün geniş potensialın olduğunu bildirib.
    Tərəflər, həmçinin regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi