Yuxarı

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə səfərdədir

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə səfərdədir

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanı, general-leytenant Ramiz Tahirov Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün dəvəti ilə Ankarada səfərdədir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, səfər Ankaradakı Heydər Əliyev Parkında ulu öndərin abidəsinin ziyarət olunması ilə başlayıb.

Ümummilli lider Heydər Əliyevin abidəsi önünə Hərbi Hava Qüvvələri adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - "Anıtqəbir" mavzoleyi ziyarət edilib. Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin adından Atatürkün məzarı önünə əklil qoyulub.

Səfər davam edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi