Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını gücləndirəcək layihələr müzakirə olunub

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını gücləndirəcək layihələr müzakirə olunub Bakı. 23 iyul. REPORT.AZ/ Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Temel Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hərbi
23 İyul , 2018 16:12
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını gücləndirəcək layihələr müzakirə olunub
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Temel Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində aviasiya sahəsində ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, hərbi təhsil və maraq doğuran digər məsələlər müzakirə olunub.

Tərəflər hərbi sahədə müxtəlif proqramların, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarını daha da gücləndirəcək yeni nəsil döyüş təyyarə və helikopterlərin öyrənilməsi və tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi məsələlərinə də toxunub.

Son xəbərlər

Orphus sistemi