Azərbaycan hərbi gücünə görə dünyada 64-cü yerdədir

Azərbaycan hərbi gücünə görə dünyada 64-cü yerdədir "Global Firepower"in reytinq siyahısına ABŞ, Rusiya və Çin başçılıq edir
Hərbi
16 Noyabr , 2015 14:24
Azərbaycan hərbi gücünə görə dünyada 64-cü yerdədir

Bakı. 16 noyabr. REPORT.AZ/ "Global Firepower" dünya ölkələrinin hərbi gücünə görə, növbəti reytinq siyahısını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib.

Azərbaycan 126 dövlət arasında 64-cü yerdədir. Ölkəmizin hərbi büdcəsi 3 milyard dollardan artıqdır. Türkiyə bu siyahıda 10-cu, Ermənistan 74-cü, Gürcüstan 75-ci yerdədir.

İlk üç yeri isə ABŞ, Rusiya və Çin tutur.

Qeyd edək ki, reytinqin müəyyənləşdirilməsində 50-dən çox amil, o cümlədən, hərbi texnikanın sayı, insan resursları, müdafiə xərcləri, infrastruktur miqyası nəzərə alınır. 

Son xəbərlər

Orphus sistemi