“Hərbi hissələrdə əsgərlərə şəraitə, şəxsi heyətin sayına və hərbi hissənin yerinə yetirdiyi vəzifələrin mahiyyətinə görə iki növ xidmət göstərilir: servis xidməti və özünəxidmət”.
“Report” xəbər verir ki, bunu
Onun sözlərinə görə, şəxsi heyəti çox olan hərbi hissələrdə servis xidmətinin tətbiqi məqsədəuyğun deyil: “Kifayət qədər çox sayda qab-qacaq istifadə olunur, masaların yeməyə hazırlanması və yığılması xeyli vaxt aparır ki, bu da günün nizam qaydalarına riayət edilməsinə mane olur. Digər tərəfdən, servis xidməti həm də şəxsi heyətin sayından asılı olaraq əlavə işçi qüvvəsi deməkdir. Özünəxidmətdə hər əsgər kombinə edilmiş sinidən istifadə edir ki, bu xidmətdə həm vaxta, həm də iş qüvvəsinə qənaət olunur. Bunlar yeməyin təşkilinin mexanizmidir. Etiraf olunur ki, əsgərlərimizin yeməkləri dadlı olur - ordu quruculuğunda həyata keçirilən islahatlardan sonra yeməkləri qadınlar, bir də ərzaq xidməti idarəsinin xətti ilə aşpazlıq kursu bitirən əsgərlər bişirirlər”.
E.Yəhyayev bildirib ki, ərzaq məhsulları, eləcə də konservləşdirilmiş məhsullar laboratoriyalarda ciddi yoxlanılır: “Ərzaq məhsulları, eləcə də konservləşdirilmiş məhsullar bizim struktura daxil olan, nəzarətimiz altında fəaliyyət göstərən laboratoriyalarda ciddi yoxlanılır. Laboratoriya yoxlamalarından əlavə baytarlıq yoxlamaları da aparılır ki, belə yoxlamalar ərzaq təminatının keyfiyyətini təmin edir”.
Xidmət rəisi qeyd edib ki, Müdafiə naziri general-polkovnik