Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələrinin rəhbərləri Üçtərəfli Koordinasiya Qrupunun yaradılmasını qərara alıb - ƏLAVƏ OLUNUB

Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələrinin rəhbərləri Üçtərəfli Koordinasiya Qrupunun yaradılmasını qərara alıb - ƏLAVƏ OLUNUB Silahlı Qüvvələri Rəhbərlərinin görüşünün yekunlarına dair Protokol imzalanıb
Hərbi
4 May , 2015 14:58
Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələrinin rəhbərləri Üçtərəfli Koordinasiya Qrupunun yaradılmasını qərara alıb - ƏLAVƏ OLUNUB

Bakı. 4 may. REPORT.AZ/ Ankarada səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib. “Report”un xəbərinə görə. Bu barədə Azərbaycan Müdafiə nazirliyinin yaydığı məlumatda bildirilib.

Müdafiə naziri Atatürkün məzarını ehtiramla ziyarət edib, önünə əklil qoyub və Şərəf kitabına ürək sözlərini yazıb.

Sonra Türkiyə Respublikasının Baş Qərargahında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçirilib.

Görüşdə üç ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın tənzimlənməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.

Qurumun məqsədi birgə təlimlər, kurslar və treninqlərin keçirilməsi, təhsil və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi olacaqdır.

Görüşün yekunlarına dair Protokol imzalanıb.

Bakı. 4 may. REPORT.AZ/ Mayın 4-də Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan silahlı qüvvələri rəhbərlərinin birinci görüşü keçirilib. "Report" Türkiyə Silahlı Qüvvələrinin Qərargahına istinadən xəbər verir ki, görüşdə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadze iştirak edib.

Görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi