Aleksandr Lukaşenko: "Belarus və Azərbaycan müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək"

Aleksandr Lukaşenko: "Belarus və Azərbaycan müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək" "Biz suveren, müstəqil dövlətik və zamana uyğun, ölkələrimizin ehtiyacları üzrə əməkdaşlıq istiqamətlərini seçməkdə azadıq"
Hərbi
9 Oktyabr , 2017 13:13
Aleksandr Lukaşenko: Belarus və Azərbaycan müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri Zakir Həsənov Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə ölkələr arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

"Report" Belarus prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, A.Lukaşenko hər iki dövlətin müdafiə imkanlarını gücləndirmək üçün hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.

"Biz suveren, müstəqil dövlətik və biz zamana uyğun, ölkələrimizin ehtiyacları üzrə əməkdaşlıq istiqamətlərini seçməkdə azadıq", - Belarus lideri bildirib.

Prezident, həmçinin iki ölkə xalqları arasındakı münasibətlərin qardaşlıq xarakterinə də toxunub: "Bizim azərbaycanlılara qarşı ümumiyyətlə, heç bir narazılığımız yoxdur. Onlara böyük hörmətlə yanaşırıq. Ən əsası, çətin anlarda sizin prezidentin həmişə Belarusa yardım etdiyini yaxşı xatırlayıram."

Müdafiə naziri Zakir Həsənov Azərbaycan prezidentinin ən xoş arzularını və salamlarını A.Lukaşenkoya çatdırıb.

"O, həm sizin, həm də xalqlarımız arasında olan münasibətləri xüsusi vurğulayıb. Azərbaycanda Belarusu və sizi sevirlər, ölkənizə hörmətlə yanaşırlar. Bütün sahələrdə sız əlaqələrimiz var. Bir-birimizdən çox şey öyrənə biləcəyimizlə bağlı fikrinizdə tam haqlısınız", - azərbaycanlı nazir deyib.

Son xəbərlər

Orphus sistemi