Zakir Həsənov Koreyanın Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb

Zakir Həsənov Koreyanın Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb Bakı. 20 fevral. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op ilə görüşüb.
Hərbi
678
20 Fevral , 2019 17:00
Zakir Həsənov Koreyanın Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb

Bakı. 20 fevral. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Koreya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Tərəflər hərbi sahədə münasibətlərin uğurla davam etdiyini, əsasən, hərbi təhsil sahəsində əməkdaşlığı, Azərbaycan Ordusunun hərbi qulluqçularının Koreya hərbi məktəblərində təhsil almalarını, eləcə də bu ölkədə keçirilən müxtəlif treninqlərdə iştirakını xüsusi vurğulayıb, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıblar.

Koreyalı səfir Azərbaycandakı fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi