Zakir Həsənov İsrailin müdafiə sənayesinin aparıcı müəssisələrində olub

Zakir Həsənov İsrailin müdafiə sənayesinin aparıcı müəssisələrində olub Azərbaycanın müdafiə naziri müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub
Hərbi
14 Sentyabr , 2017 12:41
Zakir Həsənov İsrailin müdafiə sənayesinin aparıcı müəssisələrində olub

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə rəsmi səfəri çərçivəsində bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələrini ziyarət edib.

Bu barədə "Report"a  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub.

Son xəbərlər

Orphus sistemi