Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşüb - FOTO

Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşüb - FOTO Bakı. 30 dekabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.
Hərbi
30 Dekabr , 2018 14:20
Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşüb - FOTO

Bakı. 30 dekabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Tibb heyəti ilə görüşən müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini onlara çatdıraraq dövlət başçısı adından bayram sovqatlarını təqdim edib.

Daha əvvəl Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində səfərdə olub. 

Son xəbərlər

Orphus sistemi