Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib

Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib Bakı. 23 fevral. REPORT.AZ/ Minskdə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak edib.
Hərbi
23 Fevral , 2018 20:19
Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib

Bakı. 23 fevral. REPORT.AZ/ Minskdə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə, Azərbaycanın müdafiə naziri “Belarus Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.

Sonra general-polkovnik Z.Həsənov və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Minsk şəhərindəki Qələbə meydanını ziyarət edərək Qələbə abidəsinin önünə əklil qoyublar.

Son xəbərlər

Orphus sistemi