Müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik, birləşmə və hissələrinin yeni tədris dövrünə hazırlığını yoxlamaq məqsədilə kompleks tədbirlərə başlanılıb.
Bir həftə ərzində qərargahların qoşunların idarəedilməsi üzrə fəaliyyəti, döyüş və xüsusi texnikanın imkanları, qoşun xidmətinin aparılması, hərbi hissələrin tədris-maddi bazası, o cümlədən poliqonlar, təlim mərkəzləri, tankodromlar və digər hərbi obyektlərin yeni tədris dövrünə hazırlığı yoxlanılacaq. Bundan əlavə rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi, həmçinin döyüşə hazırlıq vəziyyəti yoxlanılacaq və bir sıra digər tədbirlər yerinə yetiriləcək.