Ukrayna Rusiyada hansı hədəfləri vuracağını açıqladı

Ukrayna Rusiyada hansı hədəfləri vuracağını açıqladı Özümüzün istehsal etdiyimiz silahlarla milli təhlükəsizliyimizə təhdid yaradan obyektləri məhv etmək hüququmuz var.
Hərbi
9 Fevral , 2023 13:31
Ukrayna Rusiyada hansı hədəfləri vuracağını açıqladı

Özümüzün istehsal etdiyimiz silahlarla milli təhlükəsizliyimizə təhdid yaradan obyektləri məhv etmək hüququmuz var.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.

O qeyd edib ki, söhbət Qərb silahlarından Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edilməsindən getmir:

“Lakin özümüzün istehsal etdiyimiz silahlarla milli təhlükəsizliyimizə təhdid yaradan obyektləri məhv etmək hüququmuz var. Çox sadə bir nümunə göstərim. Xarkov şəhəri Rusiya ərazisindən S-300-lərlə mütəmadi olaraq atəşə tutulur. Sizcə, Rusiya ərazisində yerləşən bu sistemləri məhv etmək hüququmuz var, ya yox? Təbii ki, var. Biz bunu Qərbin silahı ilə deyil, hazırda arsemalımızda olan öz silahlarımızla edəcəyik”.

Danilov vurğulayıb ki, Ukrayna istehsalı silahlarla lazımi funksiyaları yerinə yetirmək mümkündür:

"Qərb silahından Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edilməyəcək: “Öz istehsalımız olan raketlərə gəlincə, vətəndaşlarımızın təhlükəsizliyi baxımından kritik əhəmiyyət kəsb edən obyektləri məhv etməyə tam hüququmuz var. Bizim öz istehsalımız olan raketlərimiz, komplekslərimiz, PUA-larımız var. Bu silahlarla lazımi funksiyaları yerinə yetirmək mümkündür”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz

Son xəbərlər

Orphus sistemi