Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunan Azərbaycan silahlarının adları açıqlanıb

Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunan Azərbaycan silahlarının adları açıqlanıb "Bu gün Azərbaycanın müdafiə sənayesi məmulatları düşmən üzərində qələbə qazandığımız, haqq davamız olan Vətən müharibəsindən sonra ilk dəfədir ki, beynəlxalq sərgidə nümayiş olunur".
Hərbi
332
18 Avqust , 2021 17:43
Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunan Azərbaycan silahlarının adları açıqlanıb
Cavid Məmmədov

"Bu gün Azərbaycanın müdafiə sənayesi məmulatları düşmən üzərində qələbə qazandığımız, haqq davamız olan Vətən müharibəsindən sonra ilk dəfədir ki, beynəlxalq sərgidə nümayiş olunur".

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisi, Əməkdar mühəndis Cavid Məmmədov deyib.

Əməkdar mühəndis xatırladıb ki, sərgidə Türkiyə və 50-dən çox dünya ölkələrinin ən müxtəlif silah və təchizatları nümayiş olunur.

Onun sözlərinə görə, Azərbaycanın da təmsil olunduğu stend bunlar arasında xüsusilə seçilir:

"Məsələn, burada bizim silahlardan 7,62 kalibrli "Yalquzaq" snayper tüfəngi, RPG tank əleyhinə əl qumbaraatanı, sənayemizin böyük nailiyyəti hesab olunan 2A42 topu, NST 14,5 pulemyotu - hansı ki, 300 metrdən 20 mm-lik zirehi dəlmə gücünə malikdir - xüsusilə böyük maraq cəlb edirlər".

Cavid Məmmədov 60 mm-lik "Aşırım 6" və 82 mm-lik "Aşırım 5" minaatanlarının Vətən müharibəsində effektiv nəticələr verdiyini və bu vasitələrin də sərgidə nümayiş edildiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi