“Azərbaycan Ordusunun ehtiyatda olan polkovnikləri - Qəhrəman Mənsimzadə və Rövşən Məhərrəmovun ittihamları sadəcə təəssüf hissi doğurur. Onlar yüksək vəzifələrdə çalışıblar. Xüsusən, Rövşən Məhərrəmov Hərbi Polisinin rəisi olub. Hesab edirəm ki, istənilən məsələ ilə bağlı müraciət qaydası var”.
Bunu “Report”a açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Onun sözlərinə görə, 2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycan Ordusunun gücü Ermənistanı ciddi şəkildə narahat etməyə başlayıb: “Azərbaycan Ordusu bizim hamımızındır. Ordu nə iqtidarın, nə də müxalifətin deyil. Bu gün bizim güclü ordumuz var. Görünür, bəzi dövlətlərin köməkliyi ilə Azərbaycanın daxilində orduya inamsızlıq yaratmaq istiqamətində iş aparılır. Ehtiyatda olan polkovniklər - Qəhrəman Mənsimzadə və Rövşən Məhərrəmov kimi adamlar da belə məsələlər qaldıranda Ermənistan mətbuatı bundan sui-istifadə edir və Azərbaycan Ordusunda vəziyyətin yaxşı olmadığı barədə yalan məlumatlar tirajlayırlar”.
E.Həsənli bildirib ki, hər iki ehtiyatda olan polkovnikin müraciətlərindən xəbərdardır: “Mən Qəhrəman Mənsimzadə və Rövşən Məhərrəmovun müraciətləri ilə tanış olmuşam. Hesab edirəm ki, bu cür ittihamlar səsləndirmək heç bir məsələ üçün həll və çıxış yolu deyil. Çünki hərbi ilə bağlı olan bu kimi məsələ ictimaiyyət içərisində müzakirə olunmamalıdır. Ordu məsələsi sirr məsələsidir. Bu, sanki bizim ailəmizin daxili sirridir. Bu cür məsələləri bu tərzdə ictimailəşdirmək daxildə ruh düşkünlüyü yaratmaq, xaricdə düşmənin əlinə fürsət vermək deməkdir. Ona görə də bu cür halların qarşısı qətiyyətlə alınmalıdır ki, gələcəkdə bu, ənənə halını almasın”.
nbsp;
“Yaxşı olar ki, Qəhrəman Mənsimzadə və Rövşən Məhərrəmov dövlətin ordumuza olan diqqət və qayğısından danışsınlar".
Emin HəsənliЭмин Гасанли:
Birlik sədri vurğulayıb ki, Azərbaycan Ordusu böyük nailiyyətlər əldə edən kimi bəziləri bu tipli kampaniyalara başlayır və bundan da bəzi dairələr istifadə edirlər: “Yaxşı olar ki, Qəhrəman Mənsimzadə və Rövşən Məhərrəmov dövlətin Azərbaycan Ordusuna olan diqqət və qayğısından, bu sahədə həyata keçirilən yaxşı şeylərdən də danışsınlar. Dövlət başçısının Azərbaycan Ordusuna xüsusi diqqət və qayğısını görürük. İslahatlar aparılır, orduya böyük vəsait ayrılır, əməkhaqqı artırılır. Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğını da bura aid etmək olar. Ordu quruculuğunda çox böyük işlər görülür. Ona görə də heç kim bu işlərə kölgə sala bilməz. Biz Azərbaycan cəmiyyəti olaraq heç bir zaman imkan vermərik ki, kimsə bizim dövlətimiz, Ali Baş Komandanımız, Silahlı Qüvvələrimiz haqqında xoşagəlməz sözlər danışsın, addımlar atsın. Ordu ancaq sevilməyə layiqdir. Ordu bayraq qədər, dövlət şəhid qədər əzizdir. Ordu rəhbərliyinə qarşı inamsızlıq yaratmaq yolverilməzdir. Çünki ordu sabah o rəhbərliyin komandanlığı ilə döyüşə gedəcək. Təbii ki, bütün sahələrdə nöqsanlar ola bilər. Amma bu nöqsanları bu cür müzakirəyə çıxarmaq da düzgün üsul deyil”.
Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadə və
Q.Mənsimzadə hərbçi kimi ev ala bilmədiyini iddia edir.
R.Məhərrəmov isə iddia edir ki, Hərbi Hava Qüvvələrinin rəhbərliyi onun ustalıq dərəcəsinin təsdiq olunması üçün Müdafə Nazirliyinə göndərib, ancaq məharət dərəcəsi təsdiq edilməyib. Əvəzində birinci dərəcə verilib. Müharibə şəraitində olan bir ölkənin ehtiyatda olan hərbçilərinin dediklərindən isə daha çox düşmən yararlanmağa cəhd edir. Q.Mənsimzadə və R.Məhərrəmov çıxışları informasiya müharibəsində Ermənistanın əlinə fürsət verə bilər. Təsadüfi deyil ki, Q.Mənsimzadə və R.Məhərrəmov son günlər düşmən mətbuatının əsas “qəhrəmanlarına” çevriliblər.