Azərbaycan snayperləri 300-600 metr məsafədə yerləşən hədəflərə atəş açıb

Azərbaycan snayperləri 300-600 metr məsafədə yerləşən hədəflərə atəş açıb İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində komandalar növbəti atış çalışmalarını yerinə yetiriblər.
Hərbi
18 Avqust , 2022 20:23
Azərbaycan snayperləri 300-600 metr məsafədə yerləşən hədəflərə atəş açıb

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində komandalar növbəti atış çalışmalarını yerinə yetiriblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Çalışmanın şərtlərinə uyğun olaraq hərbi qulluqçular maneələr zolağını dəf edərək 300-600 metr məsafədə yerləşən hədəflərə snayper tüfənglərindən atəş açıblar.

Birinci mərhələnin şərtlərinə əsasən, iştirakçı ölkələrin snayperləri fərdi şəkildə mübarizə aparırlar.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsi avqustun 27-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi