​Rusiya Azərbaycana döyüş sursatı tədarükünü artırmaq niyyətindədir

​Rusiya Azərbaycana döyüş sursatı tədarükünü artırmaq niyyətindədir "Texmaş" konserni satış bazarında payını 40-45%-dək artırmağı planlaşdırır
Hərbi
5 İyun , 2015 06:40
​Rusiya Azərbaycana döyüş sursatı tədarükünü artırmaq niyyətindədir

Bakı. 05 İyun. REPORT.AZ/ Rusiyanın "Texmaş" konserni yaxın bir neçə ildə açıq xarici bazara döyüş sursatı tədarüklərində öz payını hazırki 32-35 faizdən 40-45 faizədək artırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında konsernin direktor müavini Vladimir Tixonov bildirib.

"Bizim strategiyamız, müəyyən edilmiş vəzifəmiz var - biz bir neçə ildən sonra 40-45% dərəcəsinə qalxmalıyıq. Hazırda apardığımız qiymətləndirmələrə görə, açıq xarici bazarın 32-35%-ni əlimizdə saxlayırıq", - deyə o qeyd edib.

Tixonov izah edib ki, açıq bazar "həm bizdən, həm də bizim rəqiblərimizdən açıq şəkildə döyüş sursatı alan ölkələrdir".

Onun sözlərinə görə, burada söhbət, xüsusilə Azərbaycan, Küveyt, Əlcəzair və digər dövlətlərdən gedir.

"Aydın məsələdir ki, bizi NATO ölkələri üçün döyüş sursatları tədarükünə heç kim dəvət etməyəcək ", - deyə konsern nümayəndəsi bildirib.

"Texmaş"ın döyüş sursatları cəmi beş ölkənin silahlanmasında mövcuddur.

Son xəbərlər

Orphus sistemi