Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
Müdafiə nazirinə məruzə olunub ki, mərkəzin əsas məqsədi Azərbaycan ordusunun arsenalında olan müxtəlif növ pilotsuz uçuş aparatları (PUA) üzrə yüksək peşəkar kadrların hazırlanmasıdır. Qeyd edilib ki, tədris mərkəzində quraşdırılan ən müasir avadanlıqlar və trenajorlar, həmçinin keçirilən nəzəri və praktiki məşqlər tədris prosesinin yüksək keyfiyyətlə aparılmasına, müxtəlif əməliyyat, taktiki və meteoroloji şəraitdə PUA-ların funksional sistemlərinin təmin edilməsi və PUA heyətlərinin döyüş tapşırıqlarının vaxtında və yüksək dəqiqliklə yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirməsinə imkan verir. Bildirilib ki, mərkəz elmi-texniki işin aparılmasını, bu istiqamətdə qabaqcıl təcrübələrin öyrənilməsini və yeni PUA sistemlərinin sınaq yoxlamalarının keçirilməsini də təmin edir.
Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin mühəndislər, operator-pilotlar, uçuşların təhlili, simulyator, eləcə də digər xidməti və inzibati otaqları ilə tanış olub.
Mərkəzin anqarında saxlanılan yerli istehsal olan müxtəlif təyinatlı PUA-lara və ərazidə quraşdırılmış çoxməqsədli stansiyaya baxış keçirən müdafiə nazirinə onların taktiki-texniki xassələri və tətbiqi imkanları barədə məruzə olunub.
Sonra müdafiə naziri mərkəzin maddi-texniki və tədris bazasının genişləndirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.