Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Hərbi
30 Noyabr , 2021 16:05
Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib
İlham Əliyev

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

"Report" xəbər verir ki, mətndə deyilir:

"2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!"

Son xəbərlər

Orphus sistemi