Prezident İlham Əliyev: "Ordumuzun döyüş qabiliyyəti dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir"

Prezident İlham Əliyev: "Ordumuzun döyüş qabiliyyəti dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir" Dövlət başçısı: "Həm döyüş qabiliyyəti, həm də hərbi texnika təminatı baxımından bu gün Azərbaycan ordusu güclü ordular sırasındadır"
Hərbi
23 Yanvar , 2017 14:23
Prezident İlham Əliyev: Ordumuzun döyüş qabiliyyəti dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir

Bakı. 23 yanvar. REPORT.AZ/ "Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik çox yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir"

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilən hərbi şəhərciyinin açılışından sonra hərbi qulluqçularla görüşdə deyib.

Ali Baş Komandan bildirib ki, müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər: "Biz bunu bilirik, dünya da artıq bilir ki, sözün əsl mənasında həm döyüş qabiliyyəti, həm də hərbi texnika təminatı baxımından bu gün Azərbaycan ordusu güclü ordular sırasındadır".

Prezident İlham Əliyev vurğulayıb ki, bütün bu nailiyyətlərin hamısını Azərbaycan özü əldə edib: "Bunların hamısını öz hesabımıza əldə etmişik, güclü iqtisadiyyat hesabına əldə etmişik. Əgər güclü iqtisadiyyat olmasaydı biz bütün bu işləri görə bilməzdik. Bu gün yaradılan hərbi şəhərcik bizim həm ordumuzun, həm də dövlətimizin gücünü göstərir". 

Son xəbərlər

Orphus sistemi