"Paramount Group" aviasiya və gəmiqayırma sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

"Paramount Group" aviasiya və gəmiqayırma sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır Cənubi Afrika şirkəti Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir
Hərbi
22 Fevral , 2017 10:48
Paramount Group aviasiya və gəmiqayırma sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Əbu-Dabi. 22 fevral.REPORT.AZ/ Cənubi Afrika şirkəti "Paramount Group" Azərbaycandakı fəaliyyətini genişləndirmək niyyətindədir.

Bunu "Report"un IDEX-2017 müdafiə sərgisinə ezam olunmuş müxbirinə açıqlamasında "Paramount Group" şirkətinin rəhbəri Ayvor İçikovits deyib.

Onun sözlərinə görə, şirkət ölkədə müdafiə sənayəsinin qurulmasında Azərbaycana yardım etdiyi üçün qürur duyur.

A.İçikovits əlavə edib ki, şirkət aviasiya və gəmiqayırma sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır: "Bizim şirkətin gəmiləri Xəzərdəki şəraitə ideal uyğun gəlir".

Qeyd edək ki, "Paramount Group" 2010-cu ildən başlayaraq Azərbaycanda "Mbombe" və "Marauder" minaya davamlı zirehli maşınların istehsalı və "Mi-24" və "Mi-17" helikopterlərinin modernizasiyası layihələrini həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi