Pakistanın Baş Qərargah rəisi Azərbaycanın hərbi təhsil müəssisələrində olub

Pakistanın Baş Qərargah rəisi Azərbaycanın hərbi təhsil müəssisələrində olub Bakı. 24 noyabr. REPORT.AZ/ Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.
Hərbi
24 Noyabr , 2017 16:45
Pakistanın Baş Qərargah rəisi Azərbaycanın hərbi təhsil müəssisələrində olub
Mod.gov.az

Bakı. 24 noyabr. REPORT.AZ/ Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Hərbi Akademiyanın rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonra general Z.M.Hayat Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Hibrid müharibələr və XXI əsr müharibələrinin çağırışları” mövzusunda müxtəlif kateqoriyadan olan zabit heyəti qarşısında mühazirə ilə çıxış edib.

Son xəbərlər

Orphus sistemi