Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik müzakirə edilib

Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik müzakirə edilib Qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub
Hərbi
19 Dekabr , 2014 14:03
Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik müzakirə edilib

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. “Report”un xəbərinə görə, iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

MM sədrinin I müavini, komitənin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun hərbi uçot və qeydiyyatın təkmilləşdirilməsinə xidmət etdiyini deyib.

Müzakirələr zamanı deputatlar qanun layihəsinin qəbulunun zəruriliyini vurğulayıb.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Son xəbərlər

Orphus sistemi