Nazir müavini: "Azərbaycan Ordusunda kadr islahatları ilə bağlı yeni layihələr hazırlanır"

Nazir müavini: "Azərbaycan Ordusunda kadr islahatları ilə bağlı yeni layihələr hazırlanır" "Ölkə başçısının Azərbaycan Ordusunda struktur islahatlarının aparılması və onun say tərkibinin artırılması istiqamətində tapşırıqlarına əsasən kadr orqanlarının üzərinə mühüm vəzifələr düşür".
Hərbi
666
10 İyul , 2021 14:05
Nazir müavini: Azərbaycan Ordusunda kadr islahatları ilə bağlı yeni layihələr hazırlanır

"Ölkə başçısının Azərbaycan Ordusunda struktur islahatlarının aparılması və onun say tərkibinin artırılması istiqamətində tapşırıqlarına əsasən kadr orqanlarının üzərinə mühüm vəzifələr düşür".

"Report"un xəbərinə görə, bunu Müdafiə nazirinin 2021-ci il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışında çıxışı zamanı nazir müavini general-leytenant Kərim Vəliyev deyib.

O, kadr islahatlarının daha səmərəli aparılması üçün yeni texnologiyalardan istifadə olunacağını bildirib: "Şəxsi heyətin yerləşdirilməsinin, rotasiyasının, kadr islahatlarının daha çevik və səmərəli təşkil olunmasına imkan yaradacaq yeni layihələr hazırlanır. Bu sahədə görülən bütün işlər hərbi qanunvericilik aktlarının tələblərinə uyğun olaraq təşkil olunur".

Son xəbərlər

Orphus sistemi