96 yaşlı veteran: "Yeganə amalımız düşmənə bir qarış da olsa, torpaq verməmək idi" - VİDEO

96 yaşlı veteran: "Yeganə amalımız düşmənə bir qarış da olsa, torpaq verməmək idi" - VİDEO Quba rayonunun Ərməki kəndində 1924-cü ildə dünyaya gələn Qaflan Ömərov İkinci Dünya müharibəsi iştirakçısıdır.
Hərbi
14 May , 2020 16:39
96 yaşlı veteran: Yeganə amalımız düşmənə bir qarış da olsa, torpaq verməmək idi - VİDEO
0 : 00
0 : 00

Quba rayonunun Ərməki kəndində 1924-cü ildə dünyaya gələn Qaflan Ömərov İkinci Dünya müharibəsi iştirakçısıdır.

O, 1942-ci ildə SSRİ ilə Almaniya arsında başlayan müharibəyə könüllü olaraq qatılıb və ön cəbhədə faşistlərə qarşı vuruşub. Sovet ordusu tərəfindən faşistlərə qarşı keçirilən uğurlu hərbi əməliyyatlarda göstərdiyi şücaətə görə dəfələrlə təltif olunan Qaflan kişi Moskvadan Smolenskə qədər olan döyüş yolundan danşıb. O, 1943-cü il martın 6-da ağır yaralandıqdan sonra bir müddət hospitalda müalicə olunub və Qubaya qayıdıb. Müharibənin ağır və dəhşətli günlərini yaşayan veteran cəbhədən qayıtdıqdan sonra müxtəlif vəzifələrdə çalışıb.

6 övladı, 16 nəvəsi, 38 nəticəsi olan Qaflan Ömərov deyir ki, müharibə zamanı SSRİ-nin tərkibində olan bütün xalqlar, millətlər faşistlərə qarşı qəhrəmanlıqla döyüşürdülər: "Azərbaycanın İkinci Dünya müharibəsində faşistlərə qarşı döyüşən vətənpərvər və qəhrəman igidləri çox idi. Biz Vətən uğrunda mübarizə aparır, torpaqlarımızı işğaldan qorumaq üçün döyüşürdük. Mən müharibənin ilk illərində 18 yaşım tamam olmamış könüllü olaraq cəbhəyə yollandım. Faşistlərə qarşı döyüşən bütün hərbçilərin yeganə amalı düşmənə bir qarış da olsa, torpaq verməmək idi. Bu məqsəd uğrunda müharibənin sonrakı illərində keçirilən hərbi əməliyyatlar uğurla nəticələndi".

Qeyd edək ki, 24 orden-medalı, 100-dən artıq fəxri fərmanı olan Qaflan Ömərov dəfələrlə Prezident İlham Əliyevlə görüşlərdə iştirak edib. 96 yaşlı Böyük Vətən Müharibəsi veteranı ölkə rəhbərliyinin qayğısı ilə tam əhatə olunduğunu bildirib. Söyləyib ki, ümummilli lider Heydər Əliyev ona Bakıda ev, maşın verib, Prezident İlham Əliyev isə hər il pul mükafatı verir.

Son xəbərlər

Orphus sistemi